Modern.az

Bu gün Bakıda leysan yağış yağacaq - Proqnoz

Bu gün Bakıda leysan yağış yağacaq - Proqnoz

Aktual

28 Oktyabr 2024, 09:08

Bu günə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 14-17°, axşam 12° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırlır. Lakin səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gündüz 15-20° isti, dağlarda gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?