Modern.az

Putin varis adı çəkməkdən İMTİNA etdi və Jirinovskini “ağıllı siyasətçi” adlandırdı

Putin varis adı çəkməkdən İMTİNA etdi və Jirinovskini “ağıllı siyasətçi” adlandırdı

19 Dekabr 2013, 14:55

“Öz siyasi varisimin kim olacağı  haqqında deməyə heç bir sözüm yoxdur”. Modern.az bildirir ki. bu sözləri Rusiya prezidenti V. Putin mətbuat konfransında ona verilən sualı cavablandırarkən bildirib. 

“Komsomolskaya Pravda” qəzetinin “Ölkədə iki nömrəli siyasətçi kimdir? Sizin siyasi varisiniz varmı?” sualının cavabında Putin maraqlı açıqlamalar verib.

Putin bildirib ki, Rusiyada çoxlu siyasətçilər var. “Onlar çox təcrübəli insanlardır”-deyə prezident adları sadalayıb. 

O nümunə olaraq Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun adını çəkib. Bu ad zalda KİV nümayəndələrinin gülüşü ilə qarşılınb. Putin isə deyib ki, burada gülməli heç nə yoxdur. “Kommunistlərə milyonlarla insan səs verir. O tanınmış siyasətçidir. Züqanovun məsələlərə öz yanaşması var. Onların çoxu ilə razı deyiləm. Amma bir çox fikirləri mənə real təsir bağışlayır. Xüsusi ilə beynəlxlaq münasibətlər və bəzi sosial məsləlrədə onun fikirləri real təsir bağışlayır”. 

Putin daha sonra bədnam Jirinovskinin adını çəkib. Onu “ istedadlı insan” adlandıran Putin bir qədər çılğın adam olduğunu bildirib.

“Amma deyə bilərəm ki, onun tərəfindn xeyli sayda sağlam təkliflər səslənir. Sağlam olanları kifayət qədərdir.” Daha sonra o Sergey Mironovun və Dimitri Medvedyevin adını çəkib.

 

   X. SƏFƏROĞLU  
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!