X (keçmiş tvitter) sosial platforması İran İslam Rerspublikasının ali rəhbəri Ayətullah Xameneinin adından ivrit dilində mesajlar yayımlayan yeni hesabı dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Həmin hesab ikinci yazısında Ayətullah Xameneinin dünənki çıxışının aşağıdakı hissəsini dərc edib:
“Sionist rejim hesab səhvi etdi və İran xalqı və gənclərinin qüdrəti, iradəsi və təşəbbüsünü onlara izah etmək lazımdır”.