Modern.az

Xankəndi: ermənilər ölülərdən də qisas almağa çalışıblar - FOTOLAR

Xankəndi: ermənilər ölülərdən də qisas almağa çalışıblar - FOTOLAR

Hadisə

28 Oktyabr 2024, 10:36

Qarabağın işğal altında olmuş bütün bölgələri kimi Xankəndidə də soydaşlarımızın dəfn olunduğu qəbiristanlıqlardakı məzarlar sistemli şəkildə ermənilər tərəfindən dağıdılıb, qəbir abidələri tanınmaz hala salınıb, bir çox qəbirlər onların yerini tapmağı mümkünsüz edə biləcək qədər təhqirlərlə dəyişiklillərə məruz qalıb.
 

Modern.az-ın məlumatına görə, Xankəndidə azərbaycanlıların dəfn olunduğu şəhər, həmçinin Kərkicahan qəsəbəsindəki qəbiristanlığın işğal dövründə məruz qaldığı cinayətkar əməllər vandalizmin ən iyrənc forması olaraq,  ermənilərin Azərbaycana qarşı etnik və dini zəmində nifrət, düşmənçilik, dözümsüzlük və vandalizm siyasətinin tərkib hissəsi olub.   
 

Xankəndidəki azərbaycanlıların dəfn olunduğu şəhər qəbiristanlığında isə ermənilərin insanlığa sığmayan əməllərinin analoqu yoxdur. Özlərini dünyaya “mədəni, yüksək intellektli xalq” kimi təqdim edən ermənilər soydaşlarımızın dəfn olunduğu bu qəbiristanlıqda məzarları dağıtmaqdan, təhqir etməkdən, qəbir abidələrini tanınmaz hala salmaqdan kifayətlənməyiblər. Onlar ermənilərin də dəfn olunduğu qəbiristanlığın böyük bir hissəsinin relyefini dəyişərək, soydaşlarımızın dəfn olunduğu məzarlardan zərrə qədər iz saxlamayaraq, enişli-yoxuşlu məzarlığı düz bir sahəyə çeviriblər. Bu cür antibəşəri hərəkətlərlə ermənilər “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının, YUNESKO-nun 1972-ci il tarixli “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının və 1954-cü il tarixli Avropa Mədəniyyət Konvensiyasının tələblərinin kobud şəkildə pozaraq, sanki ölülərdən də intiqam almağa çalışıblar.


Xankəndi şəhəri: solda ermənilərin qəbiristanlığıdır, sağda isə azərbaycanlıların yer üzündən silinmiş qəbirstanlığı...


Hikmət Xudiyev,

Əməkdar jurnalist
(Fotolar müəllifindir)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU