Qusarda ölümlə nəticələnən yol qəzası baş verib.
Modern.az-ın xəbərinə görə, rayonun Həzrə kəndində Ağasi Məmmədbəyov idarə etdiyi "LADA 21 10" markalı avtomobillə piyada Səlim Qubatovu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.