Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfərin mənzil problemini nazir və millər vəkili müzakirə edib.
Bu günə kimi Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfərin mənzil və işsizlik problemi həll edilməmiş qalır.
Məsələ ilə bağlı Milli Məclisin deputatları bir neçə dəfə müzakirə aparsalar da,problem həll edilməyib.Hətta onlar bir müddət öncə Əmək və Əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova müraciət etsələr də, heç bir nəticə əldə olunmamışdı. Sabiq nazir Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfərlə görüşüb söhbət etmişdi. Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun işdən azad olunmasından sonra məsələ unudulmuşdu.Bununla bağlı saytımıza eksklüziv açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Modern.az -a bildirib ki, məsələ diqqətdə saxlanılacaq.
“Hazırda millət vəkili Qənirə Paşayeva ilə bunu müzakirə edirik. Təbii ki, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfər unudlmayacaq. Onların mənzil və iş sizlik problemi də nazirlik tərəfindən diqqətdə saxlanılacaq”-deyə nazir bildirib.
Qeyd edək ki, Xoaclı soyqırımı zamanı hər iki valideyinin itirmiş 25 uşaq (indi onların ən kiçiyinin 21 yaşı var-G.Ə) bu ilin əvvəlində Parlement Jurnalsitlər Birliyinin təşəbbüsü ilə bir araya gəririlmişdi. Dağlıq Qarabağın Azərbaycanlı İcmasında “25-lər”-lə icma rəhbəri Bayram Səfərov, millət vəkilləri Fuad Muradov, Qənirə Paşayeva və Rövşən Rzayevin görüşü təşkil olunmuşdu.
Görüşdə “25-lər”in problemlərinin həlli ilə bağlı ciddi addımların atılacağı bildirilmişdi.
Gültəkin ƏLƏSGƏR