Modern.az

Sosial mediada məşhurlaşmaq istəyi nədən qaynaqlanır...

Sosial mediada məşhurlaşmaq istəyi nədən qaynaqlanır...

28 Oktyabr 2024, 14:42

İnternet və sosial media artıq kommunikasiya vasitəsindən daha çox həyat tərzimizə çevrilib. Statistikalar göstərir ki, dünyada təxminən 5.19 milyard insan internetdən istifadə edir, bu da dünya əhalisinin 65 %-ni təşkil edir. Sosial media istifadəçilərinin sayı isə təxminən 4.89 milyard məfərə çatır və bu ümumi internet istifadəçilərinin 94 %-i deməkdir.

 

Müasir dövrdə insanlar artıq sosial medaidan tək ünsiyyət və məlumat almaq üçün deyil, həmçinin işlərin qurulması, inkişaf etdirilməsi kimi ciddi məsələlər üçün də istifadə edir. Bununla internet insanların asanlıqla pul qazanmasına və tanınmasına şərait yaradır. Ölkəmizdə də son illərdə sosial media üzərindən məşhurlaşmaq istəyən insanların sayı durmadan artır.

 

Modern.az-a mövzu ilə bağlı sosioloq Mail Yaqub ilə həmsöhbət olub.

 

O bildirib ki, tanınmaq və məşhurlaşmaq istəyi əksəriyyət insanların içində olan bir hisdir.

 

"Burada da istisnalar ola bilər, bəzi insanlar tanınmaq istəmir, inzivaya çəkilmək istəyirlər. Amma ümumiyyətlə insanların mütləq əksəriyyəti özünü göstərmək istəyir. Özünü göstərmək istəyi ən fundamental istəklərdən biridir. Hamı istəyir seçilsin, mühüm adam olsun. XX əsrin ən məşhur amerikalı psixoloqlarından biri olan Con Dyui qeyd edir ki, insanın daxilində ən mühüm hiss, mühüm adam olmaq istəyidir. Məsələ ondadır ki, bəzi insanlar məntiqlə, rasional tərzdə məşhurlaşmağı bacarmırlar və ya həmin adamlara o daha çətin proses kimi gəldiyi üçün yüngül yollara əl atırlar", - sosioloq deyib.

 

Mail Yaqubun sözlərinə görə, bütün zamanlarda bu cür yollarla məşhurlaşmaq daha asan olub.

 

"Yəni insanların əxlaqsız, açıq-saçıq görüntülərə meyli daha çoxdur. Bugünkü dövrdə isə təəssüflər olsun ki, bundan istifadə edərək biznes quran insanlar var. Azərbaycanda sosial şəbəkələrdə nə olursa olsun məşhurlaşmağa can atan insanların mütləq əksəriyyətində savad, tərbiyə, mənəviyyat və əxlaqı zəifdir. Amma normal tərzdə bacarığı ilə məşhurlaşmaq istəyən insanlar da var – idmançıdır, rəssamdır, aşbazdır və sair. Onlar öz qabiliyyətlərini göstərməklə yanaşı insanlara müsbət nümunədirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi