Modern.az

Eldar Mansurovdan İÇƏRİŞƏHƏR açıqlaması - Dünyanın çox yerində belədir

Eldar Mansurovdan İÇƏRİŞƏHƏR açıqlaması - Dünyanın çox yerində belədir

28 Oktyabr 2024, 16:54

İçərişəhərə nəqliyyat vasitələrinin giriş-çıxışında məhdudiyyətlər tətbiq edilməyə başlanılıb. Uzun illərdir gözlənilən bu qərarın qəbul edilməsi həm ictimaiyyət nümayəndələrini, həm də İçərişəhərin yerli sakinlərini məmnun edib.


İçərişəhərdən olan görkəmli bəstəkar Eldar Mansurov Modern.az-a açıqlamasında deyib ki, bu təcrübə dünyanın çox yerində mövcuddur: “Məsələn Baltikyanı ölkələrdə də belədir. Həmin ölkələrin tarixi şəhərlərində də bütün yollar piyada zonası edilib. Bu məncə normal bir şeydir”.


Qadağa bütünlüklə İçərişəhərə giriş-çıxışı əhatə etmir: “Burada fəaliyyət göstərən səfirliklər və əhali üçün yol açıqdır. Mənə elə gəlir ki, insanların taksi ilə gəlib-gedə bilməsi üçün də müəyyən addımlar atılmalıdır. Bu kimi hallarda taksilərin girişinə 5-10 dəqiqə vaxt verilməlidir. Məncə bu məsələ ilə bağlı da bir yol tapılacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI