Modern.az

Erməni general sərhəddəki vəziyyətdən danışdı: yeni müharibə...

Erməni general sərhəddəki vəziyyətdən danışdı: yeni müharibə...

28 Oktyabr 2024, 17:22

Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan Azərbaycanla yeni müharibəyə əsas görmür.

 

Modern.az xəbər verir ki, Asryan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, hazırda hərbi eskalasiya təhlükəsi yoxdur, sərhəddə vəziyyət nisbətən stabildir.

 

Asryanın sözlərinə görə, Baş Qərargahın təhlilləri müharibənin mümkünlüyü barədə danışmağa əsas vermir.

 

Demarkasiya prosesindən danışan erməni general hər şeyin sülh yolu ilə gedəcəyinə əmin olduğunu vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü