Modern.az

Xaçmazda göbələkdən zəhərlənmə - İki qadın öldü

Xaçmazda göbələkdən zəhərlənmə - İki qadın öldü

Hadisə

29 Oktyabr 2024, 11:44

Oktyabrın 24-ü saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

Onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

1985-ci il təvəllüdlü (qadın cinsi) şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

09:44

Xaçmazda iki qadın göbələkdən zəhərlənib.

Modern.az xəbər verir ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər.

Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU