Modern.az

Braynskda ABŞ, Polşa və Kanada muzdluları zərərsizləşdirilib - Zaxarova

Braynskda ABŞ, Polşa və Kanada muzdluları zərərsizləşdirilib - Zaxarova

Aktual

29 Oktyabr 2024, 10:52

Rusiya Federasiyasının Bryansk vilayətində zərərsizləşdirilən muzdlular arasında ABŞ, Polşa və Kanada vətəndaşları da var.

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Hüquq-mühafizə orqanlarının məlumatına görə, Bryansk vilayətində zərərsizləşdirilən muzdlular arasında Rusiya vətəndaşları ilə yanaşı ABŞ, Polşa və Kanada vətəndaşları da var”, - Zaxarova bildirib.

Rusiya KİV-nin məlumatına görə, oktyabrın 28-də Bryansk vilayətində dövlət sərhədini pozmağa cəhdin qarşısı alınıb, 4 diversant məhv edilib, təxribat qrupunun qalan hissəsi raket zərbəsi ilə zərərsizləşdirilib. Məhv edilmiş diversantlardan xarici silah, texnika və rabitə vasitələri, habelə üçüncü ölkələrə mənsub olduğunu göstərən şəxsi əşyalar aşkar edilib

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?