Modern.az

Azərbaycanda məşhur şirkət cərimələnə bilər

Azərbaycanda məşhur şirkət cərimələnə bilər

İqtisadiyyat

29 Oktyabr 2024, 11:24

Azərbaycanda istehsalat sektorunda ixtisaslaşan məşhur "AzeSteelCompany" şirkəti barədə protokol tərtib edilib.

 

Modern.az-ın məlumatına görə, ASC İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsini pozmaqda günahlandırılır.

 

Qeyd edək ki, sözügedən maddə qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən məlumatların açıqlanması qaydalarının pozulması ilə bağlıdır.

 

Bu qaydanı pozan vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

 

İşə Hacıqabul Rayon Məhkəməsində baxılacaq. Artıq məhkəmənin baxış iclası təyin edilib.

 

Xatırladaq ki, şirkət 2003-cü ildə “Ekspress-C” MMC olaraq təsis edilmişdir. 2021-ci ildə “Express-C” MMC hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətə çevrilib. Şirkət 2022-ci ildə rebrendinq edərək “AzeSteelCompany” ASC adı altında fəaliyyətini davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu