Modern.az

Azad edilən ərazilərdə neçə şagird təhsil alır?

Azad edilən ərazilərdə neçə şagird təhsil alır?

29 Oktyabr 2024, 13:10

Hazırda azad edilən ərazilərdə 10 ümumi təhsil müəssisəsi (məktəb), 4 məktəbəqədər təhsil müəssisəsi (bağça) fəaliyyət göstərir.

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi