Modern.az

Boksçumuz erməniyə qalib gələrək qızıl medal qazandı

Boksçumuz erməniyə qalib gələrək qızıl medal qazandı

İdman

29 Oktyabr 2024, 13:13

Azərbaycan boksçusu Əli Əliyev (46 kq) Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunlarında ermənistanlı idmançıya qalib gələrək qızıl medal qazanıb.

Modern.az xəbər verir ki, o, həlledici görüşdə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, komandamızın Manamada ilk qızıl medalı olub.

Qeyd edək ki, aktivində 2 bürünc medal olan oğlanlardan ibarət komandanın heyətində daha 8 boksçumuz finalda yarışacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu