Modern.az

Vəzifəli şəxsin ölkədən çıxışına qadağa qoyula bilər - MƏHKƏMƏ

Vəzifəli şəxsin ölkədən çıxışına qadağa qoyula bilər - MƏHKƏMƏ

29 Oktyabr 2024, 14:16

Zaqatala melioservis idarəsinin rəisi İdris Qurbanov barədə məhkəməyə müraciət olunub.

 

Modern.az-ın məlumatına görə, onun ölkədən çıxışına qadağa qoyula bilər.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi İdris Qurbanovun ölkədən çıxışına qadağa qoyulmasını tələb edib. 

 

İşə Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq. 

 

Qeyd edək ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI