Modern.az

Qarabağa köçən ailələrə niyə torpaq verilmir? - Deputat ETİRAZ ETDİ

Qarabağa köçən ailələrə niyə torpaq verilmir? - Deputat ETİRAZ ETDİ

Parlament

29 Oktyabr 2024, 14:32

Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas işğaldan azad olunmuş ərazilərdə yerləşdirilən sakinlərin problemini dilə gətirib.

Modern.az-ın məlumatına görə, deputat konkret olaraq Xocalı sakinlərini misal göstərib. O, “Torpaq icarəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Xocalıya köçən ailələrə 1 metr də torpaq icarəyə verilmir.


“Qarabağda icarəyə verilən torpaqlarda bir nəfər də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib”.

Aqil Abbas torpaqları ora köçən sakinlərə verməyə çağırıb: 

"Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də! Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm. Bununla ciddi məşğul olmaq lazımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər