Modern.az

Bakının bir çox yerində drenaj sistemi qurulmayıb

Bakının bir çox yerində drenaj sistemi qurulmayıb

30 Oktyabr 2024, 09:48

Ötən günlərdə paytaxtda yağıntı az olmasına baxmayaraq bir çox ərazilər su altında qaldı, avtomobillərin hərəkət etməsində problem yaşandı. Problemlərin səbəblərindən biri kimi Bakıda kollektorların və drenaj sisteminin vəziyyətinin yaxşı olmaması göstərilir.

 

Paytaxt Bakıda tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorların və drenaj sisteminin vəziyyəti hazırda necədir?

 

Modern.az mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, bütün yolların kənarlarında, tunellərdə, körpülərdə yağış sularının axıdılması üçün drenaj sistemləri qurulmalıdır:

 

“Təəssüf ki, bir çox yerlərdə bu sistem qurulmayıb. ADSEA xidmət göstərən qurumdur. Drenaj sisteminin mövcud olduğu yerlərdə sukanal idarələri həmin sistemin fəaliyyətinə daimi nəzarəti həyata keçirir”.

 

Məlumatda qeyd edilib ki, normadan artıq yağıntıların müşahidə olunduğu hallarda isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti üzərinə düşən bütün işləri icra edir:

 

“Yağış sularını axıtmaq üçün istifadə olunan drenaj sistemləri və tullantı sularını daşıyan xətlər, kollektorlar müntəzəm fəaliyyət üçün mütəmadi təmizlənir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI