Modern.az

Gəncədə ev yandı

Gəncədə ev yandı

Hadisə

29 Oktyabr 2024, 16:40

Gəncə şəhərində mənzillərdən birində yanğın baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsi, bina 6, mənzil 7 ünvanında ikimərtəbəli tikililərdən birində qeydə alınıb. Ev sahibi evdə olmadığından qonşular FHN-nin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə zəng edib və hadisə yerinə iki yanğınsöndurən avtomobil və 20-ə yaxın canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və alovun qonşu mənzilə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində olan qısaqapanmadır. Faktla bağlı araşdırmaaparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU