Modern.az

Çöl quşlarını ovlamaq istəyənlər tutuldu

Çöl quşlarını ovlamaq istəyənlər tutuldu

Aktual

29 Oktyabr 2024, 16:04

Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Otmanoba kəndi ərasizində  çöl quşları ovlamaq istəyən rayon sakinləri A.Gülməmmədov, Ü.Rüstəmov və V.Sarıyev saxlanılıblar. Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?