Modern.az

Xanımının ölümünə dözmədi, özü də çox yaşamadı - Xalq artisti haqda FAKTLAR

Xanımının ölümünə dözmədi, özü də çox yaşamadı - Xalq artisti haqda FAKTLAR

Mədəniyyət

29 Oktyabr 2024, 17:52

Oktyabrın 30-u onun anım günüdür...

1950-ci ildə anadan olmuşdu, 2005-ci ildə 55 yaşında olanda vəfat edib. Allah rəhmət eləsin!

Onun haqqında sosial mediada gedən maraqlı faktları toplayıb sizə təqdim edirəm:

“Şur” muğamı səslənəndə özünü saxlaya bilməyib ağlayırmış...

Bir dəfə Norveç də daxil olmaqla bir neçə avropa olkəsinə uzun müddətli qastrola gedir. Orada bığlarını qırxır ki, təzələnsin. Qastroldan gələndən sonra böyük yeznəsi onunla görüşmək istəyir. Müğənni utana-utana deyir ki, indi onun yanına bığsız necə gedəcəm? Görüş vacib olduğundan məcbur olub gedir. Amma əvvəldən axıra qədər bığının üstündən dəsmalı götürmür. Yalandan deyir ki, dişimi çəkdirmişəm...

Həyat yoldaşı 44 yaşında xərçəngdən dünyasını dəyişir. Yoldaşının axırıncı cümə axşamında Məmmədbağır Bağırzadənin nəvəsi doğulur. Müğənni ağlaya-ağlaya qız uşağına mərhum həyat yoldaşının adını qoyur. Amma hamıdan xahiş edir ki, heç vaxt onun yanında qızı öz adı ilə çağırmasınlar...

Həyat yoldaşı ilə qohum olublar. Oğlu müsahibələrinin birində deyir: O, anamı həddindən artıq çox istəyirdi. Pis çıxmasın, mən hələ onun qədər qadınını çox sevən kişi görməmişəm. Ancaq anam da həmin sevgiyə, istəyə layiq qadın olub. Atamın bütün şıltaqlıqlarına dözməyi bacarırdı. Atamdan anama o qədər sözlər gəlib deyirdilər ki, onun yerinə başqası olsaydı, bəlkə də bacarmazdı. Ona görə də anam rəhmətə gedəndən sonra atam deyirdi ki, özümü öldürəcəm, gedim görüm o dünyada Naibə neyləyir. Biz yalvarıb yaxarırdıq ona ki, elə şey eləməsin. İntihar etmək istəyirdi. Anamdan sonra onun psixoloji vəziyyətində dəyişikliklər olmuşdu. Tez-tez deyirdi ki, daha yaşamaq istəmirəm, ölmək istəyirəm...

Həyat yoldaşının ölümünün ardınca onun da xəstəliyi başlayır. Daha doğrusu onun durumu elə yoldaşının xəstəliyini öyrəndiyi gün başlanır. Həyat yoldaşının müayinəsindən sonra həkim Məmmədbağırı yanına çxağırıb deyir ki, yoldaşının ömrünə az qalıb. Bu xəbəri eşidəndən sonra mədəsində sancı yaranır, qarnını tutub oturur. Az sonra onun da rəngi saralır. Deyir ki, bu ölsə, mən neyləyəcəyəm?..

Oğlu müsahibələrinin birində etiraf edir ki, atasının həyatında ikinci qadın olub:

“Atamın həyatında başqa qadın olub. O, anamın sağlığında olub. Həmin qadın atam xəstə olduğu dövrlərdə də onun zəhmətini çox çəkib. Yəni belə bir fakt olub. Mənim anam dözümlü qadın olub. O, atamla bağlı hər şeyə qatlaşıb. Həm də bilirsiniz, o dövrdə gücü, imkanı olan kişilər üçün iki ailə saxlamaq qəbahət hesab olunmurdu. Əsas o idi ki, kişi öz ailəsinə yaxşı baxsın...

1973-cü ildə müğənni yaradıcılığının zirvəsini yaşayır. O vaxtın çörək satıcıları kaset satıcılarına deyirmişlər ki, Məmmədbağırın valları o qədər çox satılır ki, heç biz o qədər çörək satmırıq. Onun səsini yazmaqdan ötrü toyda adamlar bir-biri ilə dava edirmişlər, toy çadırını dağıdırmışlar ki, ağacların başından atamı görə bilsinlər...

Məmmədbağır Bağırzadə ilə Ələkbər Tağıyevin 70-ci illərdə ciddi konfliktləri olub. Hətta bəstəkar Məmmədbağırın efirə çıxmasına müəyyən əngəllər yaradıb, “Kirpi” jurnalında “Məmmədbağır, bir də bağır” başlığı ilə karikaturalar verilməsində əli olub. Səbəb isə çox sadə olub. Bəstəkar istəyirmiş ki, Məmmədbağır onun da mahnılarını ifa etsin. Bir gün isə özü müğənninin evinə gələrək ona yaradıcı iş birliyi təklif edib və müğənnini razı sala bilib...

Bacılarının hər ikisini 8-ci sinifdən çıxarıb. Dəhşətli dərəcədə qısqanc adam olub. Həmişə deyirmiş ki, həyatda iki şeydən çox qorxuram: bir avtomobil qəzasından, bir də ailəmin ləkələnməsindən. Nə vaxtsa mən olmasam, ailəmdə namus söhbəti olsa, gorum çartlayar...

Ruhu şad olsun!

Eldar Elmanoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər