Modern.az

Putin nüvə silahından danışdı: "Son çarə olaraq..."

Putin nüvə silahından danışdı: "Son çarə olaraq..."

29 Oktyabr 2024, 21:43

Nüvə silahı ölkənin təhlükəsizliyini təmin etmək üçün son çarədir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin strateji nüvə qüvvələrin təlimində çıxışı zamanı bildirib.

 

O qeyd edib, strateji nüvə çəkindirici qüvvələrin təlimi zamanı raket buraxılışları məşqi işləniləcək.

 

Putin vurğulayıb ki, Rusiya strateji çəkindirmə qüvvələrini təkmilləşdirməyə davam edəcək, bunun üçün ölkənin resurslar var: "Rusiyanın strateji çəkindirici qüvvələri raket hücumundan müdafiə sistemləri ilə təchiz olunub. Nüvə triadası Rusiyanın suverenliyi və təhlükəsizliyinin etibarlı qarantı olaraq qalır".

 

O, Rusiyanın silahlanma yarışına cəlb olunmağa hazırlaşmadığını vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü