Modern.az

Azərbaycan neftinin qiyməti 71 dollara qədər UCUZLAŞDI

Azərbaycan neftinin qiyməti 71 dollara qədər UCUZLAŞDI

İqtisadiyyat

30 Oktyabr 2024, 09:32

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti ucuzlaşmaqda davam edir.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,97 ABŞ dolları, yaxud 1,33 % azalaraq 71,87 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu