Modern.az

Türkiyə ordusu İraqda əməliyyat keçirib - 8 terrorçu öldürülüb

Türkiyə ordusu İraqda əməliyyat keçirib - 8 terrorçu öldürülüb

30 Oktyabr 2024, 10:36

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Haftanin və Pence-Kilit bölgələrində yeni əməliyyat keçirib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 8 üzvü öldürülüb.

Vurğulanıb ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü