Modern.az

AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

İdman

30 Oktyabr 2024, 11:44

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Turan Tovuz” – “Kəpəz” oyununda hər iki komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə qərb təmsilçiləri 700 manat cərimə edilib. Matç bitdikdən sonra qonaqların üzvü Dioqo Verdaska hakimin qərarına etiraz etdiyi üçün ikinci sarıdan qırmızı vərəqə alaraq, 1 oyunluq cəzalanıb, klub isə əlavə 500 manat ziyana düşüb.

“Səbail” – “Sumqayıt” qarşılaşmasında hər iki tərəfin 4 futbolçusu sarı vərəqə aldığına görə klublar 700 manat cərimələnib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu