Modern.az

İsrail Prezidenti Azərbaycana GƏLİR

İsrail Prezidenti Azərbaycana GƏLİR

Ölkə

30 Oktyabr 2024, 13:00

İsrail Prezidenti İsaak Hersoq Bakıya gələcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Times of Israel" qəzeti yazıb.

 

O, Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında ölkəsini təmsil edəcəyini açıqlayıb.

Prezidentin müşayiət etdiyi nümayəndə heyətində 20 nəfər iştirak edəcək.

Hersoq ABŞ-a səfərindən sonra noyabrın ikinci həftəsində Bakıda olacağını bildirib. O deyib ki, İsrail üçün qlobal istiləşmə emissiyalarının azaldılması ilə bağlı “məcburi hədəflər” öhdəliyinə götürən iqlim qanun layihəsinin qəbul edilməsi vacibdir. 

 

Bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri gözlənilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu