Modern.az

Cəmil Həsənli Milli Şuranın sədr aparatını formalaşdırıb

Cəmil Həsənli Milli Şuranın sədr aparatını formalaşdırıb

20 Dekabr 2013, 10:50


Milli Şurasının sədr aparatı formalaşdırılıb. Aparata Oqtay Gülalıyev (hüquq müdafiəçisi), Turqut Qəmbər, Ülvi Həsənli (hər ikisi “Nida” hərəkatı), Şahvələd Çobanoğlu (publisist), Yeganə Hacıyeva (Müsavat başqanının müşaviri) daxil olublar.

Şuranın sədri Cəmil Həsənli “Turan”a bildirib ki, namizədləri seçərkən şəxsi keyfiyyətlərə, fərdi fəallığa və prezident seçkisi kampaniyası zamanı fəaliyyətin səmərəliliyinə əsaslanıb: “Gələcəkdə aparatın tərkibi genişləndirilə bilər”.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!