Modern.az

Emin Əmrullayev onlara yüksək vəzifə verdi - FOTO

Emin Əmrullayev onlara yüksək vəzifə verdi - FOTO

Təhsil

30 Oktyabr 2024, 14:32

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.

Modern.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.

Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.

Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

 

1391490

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu