Modern.az

SEPAH-ın helikopteri qəzaya uğrayıb

SEPAH-ın helikopteri qəzaya uğrayıb

30 Oktyabr 2024, 14:40

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinə məxsus təlim helikopteri qəzaya uğrayıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, helikopter sərt eniş edərkən qızaya uğrayıb və göyərtəsində olan bir nəfər yaralanıb.

Hadisə bu gün səhər saatlarında İranın cənub-qərbindəki Fars əyalətinin Zarindəşt şəhəri yaxınlığında baş verib.

Medianın məlumatına görə, hadisə zamanı yaralanan şəxs xəstəxanaya aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü