Modern.az

Deputat problemlərə görə dağ kəndlərinə gedib - FOTOLAR

Deputat problemlərə görə dağ kəndlərinə gedib - FOTOLAR

20 Dekabr 2013, 10:57

Milli Məclisin deputatı Vahid Əhmədov Quba rayonunda seçiciləri ilə görüşərək, onları qəbul edib. Deputatın köməkçisi Arif Orucovun Modern.az-a bildirdiyinə görə, qəbula gələn Quba sakinləri ilə yanaşı, qonşu Xaçmaz və Şabran rayonunun sakinləri də millət vəkili tərəfindən qəbul edilib, problemlərinə baxılıb. Ümumilikdə qəbula 29 vətəndaş yazılıb ki, onların da hamısı deputatla görüşə bilib. Ən çox qaldırılan məsələ müxtəlif təyinatlı yardımların edilməsi, havaların kəskin soyuması və rayonda qarın normadan çox düşməsi ilə bağlı yaranan müxtəlif çətinliklərin aradan qaldırılmasında köməkliyin göstərilməsi, işə düzəlmə, torpaqların bölüşdürülməsi zamanı buraxılan səhvlərin aradan qaldırılması üçün köməkliyin göstərilməsi və s. olub.
Bir neçə məsələ ilə bağlı yerindəcə tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən problemlər isə nəzarətə götürülüb. Qəbula gələn bir neçə vətəndaşın xahişini və qəbul ərəfəsində olunan müraciətləri nəzərə alan deputat qar yağması ilə əlaqədar dağ kənlərinə gedən yollardakı vəziyyəti öyrənmək məqsədi ilə yol idarəsinin məsul işçilərinin müşayiəti ilə Quba-Qonaqkənd istiqamətinə səfər edib. Görülmüş operativ tədbirlər nəticəsində çətinliklər yerindəcə həll edilib. Sakinlər rayon icra hakimiyyətində yaradılan qərragahın işindən razılıq ediblər. Qeyd olunub ki, havaların kəskin soyuması ilə bağlı rayonda qərragah fəaliyyət göstərir, ilk gündən vəziyyətə ciddi nəzarət olunur və operativ müdaxilələr edilir. 









Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!