Modern.az

Xarici narkomaniyaya qarşı tədqiqat institutları ilə əlaqə yaradılmalıdır

Xarici narkomaniyaya qarşı tədqiqat institutları ilə əlaqə yaradılmalıdır

10 Noyabr 2013, 12:56

Modern.az xəbər verir ki, “Antinarkotizm beynəlxalq elmi-analitik mərkəz” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə  “ Narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mövcud qanunvericiliyin təbliği və onun hüquqi nəticələri barədə əhalinin məlumatlılıq səviyyəsinin artırılması ”  layihəsi çərcivəsində Şirvan şəhəri, Sabirabad, Hacıqabul rayonunda tədbirlər keçirilib.

 

Tədbirlərdə mövzuya dair məruzə dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran sualla mütəxəssislər tərəfindən cavablandırılıb. Keçirilən tədbirin əsas mövzusu xarici narkomaniya  qarşı tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması sahəsində təcrübə mübadiləsi yolları müzakirə olunub. Seminarlarda  psixotrom maddələrin  istifadəsinə dair təkliflər iştirakçıları arasında müzakirə olunub. Təbliqatın keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlər kompleksinin və müvafiq mexanizmlərin həyata keçirilməsi əsas  müzakirə mövzusu olub.

 

Seminarlarda mövcud qanunvericiliyin təbliği və onun hüquqi nəticələri barədə vaxtaşırı görüşlər keçirilməsi zəruriliyi qeyd olunub. Respublikanın təhlükəsizlik məsələləri içərisində sağlamlığın  təhlükəsizliyi müasir dövrdə ən aktual problemlərdən birinə çevrilməsi əsas müzakirə mövzusu olub. Narkomaniya probleminin yayılmasının qarşısının alınması yolları və  birgə fəaliyyət davam etdirilməsi qərara alınıb. Gələcəkdə bu seminarlardan kənarda qalan insanlar  üçün də belə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Layihənin reallaşması və uğurlu alınması üçün mətbuatla sıx əməkdaşlıq edilib.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır