Modern.az

Ərzaq təhlükəsizliyi dövrümüzün ən aktual problemlərindən birinə çevrilib

Ərzaq təhlükəsizliyi dövrümüzün ən aktual problemlərindən birinə çevrilib

15 Noyabr 2013, 13:08


Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı «Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım» İctimai Birliyi , “Ərzaq təhlükəsizliyinin təminatı istiqamətində gənc  sahibkarlarla xarici donor institutları və həmkarları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək” adlı layihəsini uğurla həyata keçirilib.

Layihənin məqsədi ərzaq təhlükəsizliyinin təminatı istiqamətində, kənd təsərrüfatı profilli elmi tədqiqat müəssisələrinin  təcrübəsini, regionlarda gənc  sahibkarlar arasında təbliğ etməkdir. Kənd təsərrüfatı fəaliyyətinin genişləndirilməsi üzrə özəl subyektlərin dəstəklənməsi Fermer, Assosiasiyaları Federasiyasının, Peşə məşğulluğu üzrə cəmiyyətlərin və birliklərin yaradılmasına köməklik etməkdir. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının və UPOV standartlarına uyğunlaşdırılmasına köməklik olacaq. Yerli və üzvi mineral gübrə yataqlarının müəyyən edilməsi və istismar imkanlarının  tətbiqi, gübrələrə olan tələbatın öyrənilməsi və onlardan istifadənin təkmilləşdirilməsi müzakirə mövzusuna olub. Şirvan şəhərində, Sabirabad, Hacıqabul rayonunda baş tutan tədbirlərdə  müvafiq sahə üzrə mütəxəssislər cəlb olunublar. Keçirilən tədbirin əsas mövzusu xarici donor institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması sahəsində təcrübə mübadiləsi yolları müzakirə olunub. Seminarlarda  ərzaq təhlükəsizliyinin başlıca elementi olan torpaqların vəziyyətinin öyrənilməsi və torpaqların  şoranlaşması vəziyyətini əks etdirən xəritələr nümayiş olunub. Qeyri-məhsuldar torpaqların müəyyən edilməsi və onların (təbii qorluqlar, yasaqlıqlar və s.) istifadəsinə dair təkliflər iştirakçıları arasında müzakirə olunub. Torpaqların keyfiyyətinin qorunmasına və yaxşılaşdırılmasına dair tədbirlər kompleksinin və müvafiq mexanizmlərin həyata keçirilməsi əsas  müzakirə mövzusu olub. Seminarlarda mövcud ərzaq təhlükəsizliyi problemi ilə  bağlı vaxtaşırı görüşlər keçirilməsi zəruriliyi qeyd olunub. Respublikanın təhlükəsizlik məsələləri içərisində ərzaq təhlükəsizliyi müasir dövrdə ən aktual problemlərdən birinə çevrilməsi əsas müzakirə mövzusuna çevrilib. Son illərdə qida məsullarının bahalaşması, istehsal olunan ərzağın dünya üzrə qeyri-bərabər paylanması, ərzaq qıtlığı, qida məhsullarının idxalından asılı olan dövlətlərin ərzaq suverenliyinin olmaması və s. məsələlər qlobal problem səviyyəsində dəyərləndirilib. Ərzaq təhlükəsizliyi probleminin yayılmasının qarşısının alınması yolları və  birgə fəaliyyət davam etdirilməsi qərara alınıb. Gələcəkdə bu seminarlardan kənarda qalan insanlar  üçün də belə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Layihənin reallaşması və uğurlu alınması üçün mətbuatla sıx əməkdaşlıq ediləcək.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU