Modern.az

Qadın futbolunda yenilik

Qadın futbolunda yenilik

İdman

30 Oktyabr 2024, 19:08

UEFA qarşıdakı altı il ərzində qadın futbolunun inkişafı ilə bağlı strategiya hazırlayacaq.

 

Modern.az xəbər verir ki, qurum tərəfindən “Qarşısıalınmaz” adı verilən yeni plan üçün bir milyard avro investisiya ayrılacaq.

 

İnkişaf strategiyasına qadınlar arasında yeni klub turnirinin təsis olunması da daxildir. Belə ki, Çempionlar Liqasında mübarizəni vaxtından əvvəl dayandıran komandalar pley-off formatında təşkil olunacaq turnirdə çıxış edəcəklər.

 

Bildirilib ki, burada başlıca məqsəd futbolu Avropada qadınlar arasında ən populyar idman növünə çevirməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu