Modern.az

“General Hospital”dakı qanunsuzluqla bağlı cinayət işi açıldı

“General Hospital”dakı qanunsuzluqla bağlı cinayət işi açıldı

Ölkə

31 Oktyabr 2024, 12:33

Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Modern.az-ın sorğusuna cavabında Paş Prokurorluqdan bildirilib.

Araşdırma zamanı həmin klininkanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi