Modern.az

Tanınmış hərbi ekspertə qarşı qarayaxma kampaniyası aparılır

Tanınmış hərbi ekspertə qarşı qarayaxma kampaniyası aparılır

31 Oktyabr 2024, 15:12

Türkiyənin tanınmış analitiki, Azərbaycanın yaxın dostu olan və tez-tez mediamıza açıqlamalar verən Abdullah Ağar son günlərdə müxtəlif hücumların hədəfi olub.

 

Modern.az xəbər verir ki, bu barədə Abdullah Ağar özü məlumat paylaşıb.

 

O, bir sıra dairələrin ittihamlarına və təzyiqlərinə cavab olaraq geniş bəyanat yayımlayıb. Ağar şəxsiyyətinə və fəaliyyətinə böhtanlar atıldığını, manipulyasiyalar edildiyini bildirib.

 

Hərbi ekspert bəzi şəxslərin onu nüfuzundan salmağa cəhd etdiyini və cəmiyyət arasında etibarını sarsıtmaq istədiyini vurğulayıb.

 

Ağar PKK, FETÖ və digər terror təşkilatları tərəfindən təhdidlərə və təzyiqlərə məruz qaldığını, keçmişdə Ergenekon məsələsi ilə əlaqədar qurulan tələlərdə hədəf alındığını xatırladaraq, həyatının mübarizələrlə keçdiyini qeyd edib.

 

Ağar ona böhtan atanlara və təzyiq göstərənlərə qarşı mabarizə aparacağını bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?