Ermənistanın Armavir vilayətində yaşayan çoxuşaqlı ailədə 13-cü uşaq dünyaya gəlib.
Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, körpənin anası 43 yaşlı Kristin Mikaelyandır.
Qadının üç qızı və artıq 10 oğlu var. Uşaqlardan ən böyüyünün 22 yaşı var.
Kristin Mikaelyan Ermənistanda azsaylı çoxuşaqlı analardan biridir.