Modern.az

Qara Naxçıvanda nə qədər qazanacaq?

Qara Naxçıvanda nə qədər qazanacaq?

İdman

31 Oktyabr 2024, 16:58

"Araz-Naxçıvan" klubunun yeni transfer Qara Qarayev mövsüm sonunadək 80 min manat gəlir əldə edəcək.

Modern.az "Sportinfo.az"a istinadən xəbər verir ki, klub mövsümün sonunda avrokuboklara vəsiqə əldə edərsə, Qara Qarayev əlavə bonus da alacaq.

Sentyabr ayından azad agent statusu daşıyan Qara Qarayevə başqa klubların da təklif göndərdiyi, amma futbolçunun aylıq minimum 10 min manat tələb etdiyi bildirilib.

Qeyd edək ki, Qara Qarayev "Qarabağ" klubunun yetirməsidir. O, 15 il (2008-2023) Ağdam klubunda çıxış edib. "Köhlən atlar"ın heyətində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər