Modern.az

Boksçumuz finalda

Boksçumuz finalda

31 Oktyabr 2024, 19:29

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

 

Modern.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.

 

Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb. O, finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.

 

Qadın boksçu Aynur Mikayılova (57 kiloqram) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

 

Qeyd edək ki, Azərbaycanın daha 3 boksçusu dünya birinciliyində yarımfinal görüşünə çıxacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər