Modern.az

Bu il profisit 5,3 milyard dollar olacaq - Proqnoz

Bu il profisit 5,3 milyard dollar olacaq - Proqnoz

1 Noyabr 2024, 10:14

Yenilənmiş proqnozlara görə Azərbaycanda cari əməliyyatlar balansında profisitinin bu il 5,3 milyard ABŞ dolları, gələn il isə 5,5 milyard ABŞ dolları olacağı gözlənilir.

Modern.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5,2 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu