Modern.az

BMU tələbələri “II Zəfər İdman Festivalı”nda qalib olublar - FOTOLAR

BMU tələbələri “II Zəfər İdman Festivalı”nda qalib olublar - FOTOLAR

1 Noyabr 2024, 12:16

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “II Zəfər İdman Festivalı”nda uğurlu nəticələr əldə ediblər. 

Modern.az xəbər verir ki, universitetin tələbələri festivalda voleybol üzrə 3-cü, stolüstü tennis, şahmat və futzal üzrə 1-ci yerlərə layiq görülüblər.

Gənclərin idman vasitəsilə sağlam rəqabət aparmaları və torpaqlarımızın azadlığı uğrunda mübarizədə qazandığımız möhtəşəm Zəfər ruhunu birgə yaşamaları məqsədilə keçirilən festivala 8 universitetdən 600-dən çox tələbə qatılıb. 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan festival zamanı tələbələr futzal, voleybol, basketbol, stolüstü tennis, güləş və şahmat idman növlərində öz bacarıqlarını nümayiş etdiriblər. 

Festivalın sonunda qalib komandalar və fərdi iştirakçılar diplom və mükafatlarla təltif olunublar. 

BMU tələbələri “II Zəfər İdman Festivalı”nda qalib olublar - FOTOLAR

BMU tələbələri “II Zəfər İdman Festivalı”nda qalib olublar - FOTOLAR

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?