Modern.az

Tramp Kamala Harrisi təhqir etdi

Tramp Kamala Harrisi təhqir etdi

1 Noyabr 2024, 14:14

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisin axmaq olduğuna inandığını söyləyib.

“Mən sizə deyirəm, bu, prezident kimi istədiyiniz adam deyil. Mənim bu məsələylə heç bir əlaqəm yoxdur. Hətta iş bunda deyil ki, onun IQ səviyyəsi çox aşağıdır. O, mantar kimi axmaqdır”.

Modern.az xəbər verir ki, Tramp bunu  jurnalist Taker Karlsona müsahibəsində deyib.

Tramp həmçinin ABŞ-ın hazırkı vitse-prezidentini 2016-cı il seçkilərində Demokratlar Partiyasından yüksək səviyyəli hökumət postuna qalib gələn namizəd Hillari Klintonla müqayisə edib:

"Hillari yalançı, dəhşətli əclaf idi, amma bu o qədər yalan danışır və o qədər aşağı IQ səviyyəsinə sahibdir ki, yalan danışdığının fərqinə belə varmır”.

Harris daha əvvəl demişdi ki, koqnitiv testdən keçməyə hazırdır və Trampın da bunu etməsini istəyir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?