Piyadaların təhlükəsizliyi və rahat hərəkəti üçün Bakının Neftçilər prospekti ilə Rixard Zorge küçəsinin kəsişməsində yeni piyada keçidi təşkil olunub.
Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilir ki, şəhərdə piyada hərəkətinin təhlükəsiz və rahat olması üçün tədbirlər davam etdirilir.