Modern.az

Yeni icra başçısı KİMDİR...

Yeni icra başçısı KİMDİR...

Ölkə

1 Noyabr 2024, 17:06

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Orxan Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Modern.az xəbər verir ki, Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.

 

O, 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

 

Yeni icra başçısı 2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

 

O, 2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.

 

2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.

 

2018-ci ildən bu təyinatadək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində işləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi