Sabah “Dalğa” Gənclər Hərəkatının növbəti qurultayı keçiriləcək. Qurultay Park İnn otelin Nəsimi zalında baş tutacaq. Saat 15:00-da öz işinə başlayacaq qurultayda “Dalğa” Gənclər Hərəkatına 1 il boyunca rəhbərlik edəcək sədr və “Demokratiya Məktəbi”nin direktoru seçiləcək. “ Dalğa” GH-nın sədrliyi uğrunda iki şəxs mübarizə aparacaq: Fərid Eyyubov və Hacı Zeynallı. “Demokratiya Məktəbi”nin drektorluğuna isə yalnız Aydın Ceyhunoğlu namizəddir.
Hərəkatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Fəzilət Səmdsoyun verdiyi məlumata görə, Qurultayla bağlı bütün hazırlıqlar başa çatıb və bu ilki seçkilərdə yenilik nəzərdə tutulub. “Belə ki, artıq Dalğa GH-nın üzvü olub, lakin ölkədən kənarda olan və bu səbəbdən qurultayda səs verə bilməyən “dalğaçılar” da öz səsvermə hüquqlarından virtual olaraq istifadə edə biləcəklər”.
Modern.az