Modern.az

Noyabrda Qarabağda 1000-dən çox minanı zərərsizləşdirib

Noyabrda Qarabağda 1000-dən çox minanı zərərsizləşdirib

1 Noyabr 2024, 16:54

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, azad olunan ərazilərdə oktyabr ayı ərzində 283 tank əleyhinə mina, 764 piyada əleyhinə mina, 11785 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin 5657.7 hektar ərazi minalardan təmizlənib.

 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?