Modern.az

Lerikdə kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib - FOTOLAR

Lerikdə kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib - FOTOLAR

Media

1 Noyabr 2024, 14:20

Lerik rayonunda 1 Noyabr Kənd Təsərrüfatı İşçiləri Günü qeyd edilib.

Modern.az xəbər verir ki, Lerik rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan mərasimdə icra başçısı Əkbər Abbasov, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadə, RİH başçısının müavini Arzu Vəliməmmədova, Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir mavini Vüqar Mirzəyev və qurumun əməkdaşları iştirak ediblər.

Mərasimdə giriş sözü ilə çıxış edən RİH-nin başçısı Ə.Abbasov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar nəticəsində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü, aqrar sektorun dayanıqlı inkişafının təmin edildiyini bildirib.

Rayon rəhbəri kənd təsərrüfatının ihkişafı sahəsində həyata keçirilən tədbirlərdən və əldə olunan uğurlardan danışıb, kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək işlərində yüksək nailiyyətlər arzulayıb.

Lerik DAİM-in direktoru Cahani Nüsrətzadə isə bildirib ki, fermerlərin fəaliyyəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilir və dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin orden və medallarla təltif olunması barədə Sərəncam imzalayıb.

Digər çıxış edənlər rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən,  qarşıda duran vəzifələrdən bəhs ediblər, kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik ediblər.

Sonda Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarında fəaliyyət göstərən bir qrup əməkdaş rayon rəhbərliyi  tərəfində fəxri fərmanla təltif olunub.

Tədbir “Yaşıl dünya naminə həmrəy olaq” devizi ilə ağacəkmə aksiyası ilə davam etdirilib

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər