st1:*{behavior:url(#ieooui) }
Modern.az-ın xəbər verdiyi kimi, bu gün təbii fəlakətdən zərər çəkən Sabirabad rayonunun çadır düşərgəsində yerləşdirilən əhalisinə yardım məqsədilə xeyriyyə tədbiri keçirilib. Azərbaycanda içməli, sərinləşdirici su istehsalçısı olan bəzi şirkətlər təbii fəlakətdən əziyyət çəkmiş sakinlərə 20 tondan çox qablaşdırılmış su ilə yardım edib. Amma tədbirin təşkilatşılarının müraciətinə əhəmiyyət verməyərək Sabirabaddakı çadır düşərgəsinə içməli su göndərməkdən imtina edən şirkətlər də olub.
Qeyd edək ki, Milli Məclisin deputatı Nazim Məmmədovun təşəbbüsü və “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirinə Azərbaycanda fəaliyyət göstərən, su istehsalçısı olan şirkətlərdən bir qismi qoşulub. Naxçıvandan “Badamlı”, “Sirab”, Qazaxdan “Damla”, “Həyat”, Gədəbəydən “Slavyanka 1”, Qaxdan “Unikal” MMC, Bakıdan “Aqua vita” şirkətləri aksiyada yaxından iştirak ediblər, onların verdiyi ümumilikdə 20 tondan çox qablaşdırılmış su daşqın zonasının əhalisinə çatdırılıb.
”Su istehsalçıları” İB-nin sədri Dövlət Məmmədov Modern.az-ın əməkdaşına deyib ki, onlar xeyriyyə aksiyasına qoşulmaları üçün Azərbaycandakı bütün su istehsal edən şirkətlərə müraciət ediblər. Amma müraciətə məhəl qoymayıb fəlakət zonasına su göndərməyən şirkətlər də olub. D.Məmmdovun sözlərinə görə, “Azərbaycan Koka-Kola Bottlers Ltd” MMC, “Xəyal”, “Şollar”, Aysu” kimi şirkətləri fəlakət zonası üçün keçirilən xeyriyyə aksiyasından kənarda qalmağı üstün tutublar. DəMəmmədov Azərbaycanda böyük pullar qazanan bu şirkətlərin xalqın ağır günündə ona yardım etməkdən yayınması təssüf doğurur.
Modern.az