Modern.az

Toydan qayıdan bəy maşını ağaca çırpdı: yaralılar var 

Toydan qayıdan bəy maşını ağaca çırpdı: yaralılar var 

Hadisə

2 Noyabr 2024, 22:04

Tovuz rayonunda toy mərasimindən qayıdan şəxslər avtomobil qəzasına uğrayıblar.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Avtomobil idarə edən şəxsin bəy olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, rayonun Alakol kəndində, "Chevrolet Curuze" markalı avtomobil ağaca çırpılıb.

 

Qəza nəticəsində, 2001-ci il təvəllüdlü N.Qurbanlı və 2000-ci il təvəllüdlü Ş.Namazlı xəsarət alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU