Modern.az

Bakıda mühərrik yağları sexində YANĞIN

Bakıda mühərrik yağları sexində YANĞIN

Hadisə

3 Noyabr 2024, 10:02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

FHN Mətbuat xidmətindən Modern.az-a verilən məumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 60 kv.m. olan avtomobil mühərriki yağlarının qablaşdırılması sexində baş verən yanğın qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində sexdə olan sobanın içərisində 50 litr və sobanın ətrafına dağılmış 4 kv.m. sahədə yağ qalıqları yanıb, sexin böyük hissəsi yanğından mühafizə olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU