Modern.az

Qanunsuz ov edənlər CƏZALANDIRILDI

Qanunsuz ov edənlər CƏZALANDIRILDI

3 Noyabr 2024, 10:49

Astarada qanunsuz ov edən şəxslər barədə tədbir görülüb.

 

Modern.az-ın məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q.Vəliyevin qanunsuz ov etdikləri aşkarlanıb.

 

Onlardan müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkar edilərək götürülüb.

 

Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü