Ukrayna müxalifətinin liderləri Asreni Yatsenyuk, Aleksandr Turçinov və Oleq Tyaqnıbokun adları dövlət çevrilişinə cəhddə keçir. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda jurnalistlərə bu gün “Batkivşina” fraksiyasının lideri Yatsenyuk məlumat verib: “Bu haqda baş prokuror bəyanat verib”. Adı çəkilən üç müxalifət lideri Ukrayna Cinayət Məcəlləsinin 109-cu maddəsi (hakimiyyəti zəbt etməkdə) təqsirli bilinirlər. Həmin cinayət işində üç müxalifət lideri ilə yanaşı daha 8 nəfərin adı keçir.
“UDAR” Partiyasının lideri Vitali Kliçkonun adının bu cinayət işində keçib-keçməməsinə gəldikdə, Yatsenyuk deyib ki, bu haqda məlumatı yoxdur.
Modern.az